Türkiyə

AK Partinin seçki bəyannaməsi Ankarada açıqlanacaq

27 Yanvar 2024 16:35
Baxış: 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədalət və İnkişaf partiyasının (AK Parti) seçki bəyannaməsi 30 yanvar tarixində Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanacaq.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, Ərdoğanın açıqlayacağı bəyannamədə "Əsl bələdiyyəçilik" vurğulanacaq. Başda zəlzələ olmaqla bütün fəlakətlərə davamlı şəhərlər üçün layihələr ön planda olacaq.

AK Partinin bəyannaməsi "Türkiyə Əsri üçün Əsl Bələdiyyəçilik" adı altında hazırlanıb. Səkkiz başlıqdan ibarət bəyannamədə partiyanın yerli idarəetmə baxışı izah edilir. Türk əsri urbanizmi ilə bağlı layihələr sıralanır, dayanıqlı şəhərlər vurğulanır. "Sosial bələdiyyəçilik" və "mədəniyyət yaradan şəhərlər" kimi bölmələrin də yer aldığı bəyannamədə xidmət və iş bələdiyyəsi ilə bağlı vədlər sadalanır. İştirakı, şəffaflığı və sosial rifahı prioritetləşdirən şəhər iqtisadiyyatları ön plana çıxır.

Bəyannamədə sahibsiz heyvanlarla bağlı hüquqi tənzimləmə öz əksini tapacaq. Bununla bağlı bələdiyyələrə verilən vəzifələr də ətraflı izah ediləcək.

AK Partinin seçki manifestində digər mühüm mövzu məhəllə uşaq bağçalarıdır. Məhəllə uşaq bağçalarının Türkiyə daxilində sürətlə genişlənəcəyi, beləliklə, xüsusilə işləyən anaların tələblərinin qarşılanacağı bildiriləcək.

Qeyd edək ki, Türkiyə Ali Seçki Şurası yanvarın 2-də seçkilərdə iştirak edə biləcək siyasi partiyaları açıqlayıb. 2024-cü il yanvarın 27-də siyasi partiyaların birləşmiş seçki bülletenindəki yeri müəyyənləşib.

Fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq. Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si, çərşənbə axşamı yerli vaxtla saat 18.00-dək təqdim edəcəklər. Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.