Türkiyə

Türkiyədə ilk yerli yaşıl hidrogen zavodu qurulacaq

27 Aprel 2023 13:31
Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Türkiyənin ilk hidrogen vadisinin və ən böyük gücə malik ilk yerli yaşıl hidrogen zavodunun qurulması ilə bağlı sənəd imzalanacaq.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) iqlim dəyişikliyinə qarşı həll yolları axtarışlarını çoxşaxəli şəkildə davam etdirir. Bütün dünya kimi Türkiyə də hidrogen ölkəsinə çevrilir.

Horizon Europe Proqramı çərçivəsində dəstəklənən "HYSouth Marmara" layihəsi həm də Türkiyənin ilk hidrogen vadisidir. Bundan əlavə, bu layihə Türkiyə Çərçivə Proqramları tarixində Avropa İttifaqı tərəfindən dəstəklənən, ən yüksək töhfəyə malik ilk layihədir.

Qeyd edək ki, layihəyə Avropa İttifaqı tərəfindən toplam 36,8 milyon avro vəsait ayrılıb.

Layihənin tərəfdaşları arasında Sabancı Universiteti, Kaleseramik Çanakkale Kalebodur Seramik Sanayi AŞ, Şişecam, Eti Maden, Türk-Alman Universiteti, Linde Gaz AŞ, Bandırma Onyedi Eylül Universiteti, Hidrogen Peroksid AŞ, University Mohammed Vi Polytechnique, Alma Mater Studiorum- Universita Di Bologna, Software AG (SAG), PwC Yeminli Mali Müsavirlik AŞ, TENMAK və TÜBİTAK yer alırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.