Türkiyə

Türk məşhurlarından Azərbaycana TƏŞƏKKÜR MESAJLARI - FOTO

8 Fevral 2023 13:19
Baxış: 2 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin bir neçə bölgəsində 7,8 bal gücündə dağıntılara səbəb olan dəhşətli zəlzələ baş verib.  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, ilk olaraq Azərbaycan qardaş ölkəyə yardım heyətini göndərib. 

Türkiyəli məşhurlar isə bununla bağlı sosial şəbəkə hesablarında paylaşımlar edərək Azərbaycana və xalqımıza təşəkkür mesajlarını yollayıblar.  

Müğənni Gülbən Ərgən yardıma gələn ölkələrə, başda Azərbaycan olmaqla minnətdarlığını ünvanlayıb. Tez-tez paytaxtımızın qonağı olan digər müğənni Demet Akalın da Azərbaycanlı heyətin Türkiyə hava limanında lentə alınan şəklini izləyiciləri ilə bölüşərək, təşəkkürünü yazıb.  

Daha bir ifaçı Doğan Cem də Bakıda könüllü insanlar tərəfindən Türkiyə üçün gətirilən yardımların görüntülərini paylaşaraq, təşəkkürünü bildirib.  

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) heyəti Türkiyəyə yardıma göndərilib. Bundan başqa, yardımlardan ibarət növbəti təyyarə isə bu gün Türkiyəyə yola düşüb.  

Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.