Türkiyə

Oğlunu öldürən atadan dəhşətli etiraf: Evlənmək istədiyi qıza qarşı çıxdım - VİDEO

17 Fevral 2022 02:31
0 Şərh     Baxış: 2 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Muğlada 28 yaşlı oğlunu boynundan və ürəyindən 3 güllə ilə vurub öldürən Hüseyn Karanın açıqlaması üzə çıxıb. Oğlunun evlənmək istədiyi qıza qarşı olduğunu və bu səbəbdən mübahisə etdiklərini izah edən 62 yaşlı ata oğlunun onu təhqir etməsindən sonra əsəblərini cilovlaya bilmədiyini bildirib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Menteşe rayonunda baş verən hadisədə evlərinin bağçasında odun doğrayan Hüseyn Kara ilə oğlu Cavit Kara mübahisə edib. Baş verən davada Hüseyn Kara kəmərindən çıxardığı silahla oğlunu vurub. Hadisə yerinə gələn həkimlər Cavit Karanın boynuna və ürəyinə 3 güllə dəyərək dünyasını dəyişdiyini müəyyən edib.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.