Türkiyə

“Azra Kıvança şər atdı”

25 Yanvar 2022 20:00
0 Şərh     Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qalmaqallı "Best Model" yarışmasının yaradıcısı Erkan Özerman Kıvanç Tatlıtuğ və onun keçmiş sevgilisi Azra Akınla bağlı bir sıra iddialar irəli sürüb.

Milli.Az olay-a istinadən xəbər verir ki, "Al sana haber" verilişində qonaq olan Özerman Azranın Kıvança şər atdığını iddia edib:

"Kıvança etdiyi pislik və atdığı şərlərə görə o qızı yaşatmazdım, evində məhkum edərdim. Oğlana nələr etdi. Səbəbi isə qısqanclıq idi. O, Niderlandda yaşayırdı. Kıvanç isə Parisdə işləyirdi. Zəng edib "Sən bu gecə kiminlə yatdın?" deyib ağlamağa başlayırdı. Kıvanc məcbur olub qatarla 2 saatdan çox yol gedirdi. Hətta Kıvança atdığı şəri burada danışa bilmərəm".

Aparıcı Seyhan Soylunun "Kıvançın gay olduğunu eyham etmişdi?" sualına Özerman "Azra onu itirmək qorxusu ilə şər atdı" cavabını verib.

Qeyd edək ki, 2002-ci ildə Azra dünya gözəli, Kıvanç isə "Best model" seçilib. Onlar bir müddət əvvəl Özermanı təzminat tələbi ilə məhkəməyə vermişdilər.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.