İdman

PSJ Kessye ilə danışıqlara başladı

20 Noyabr 2021 11:18
0 Şərh     Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın PSJ klubu Frank Kessyenin keçidi ilə bağlı danışıqlara start verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Liqa1 təmsilçisinin idman direktoru Leonardo futbolçunun agenti ilə görüşüb.

Tərəflər yarımmüdafiəçinin "Milan"dan transferini müzakirə ediblər. Kessyenin İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

A seriyası təmsilçisi onunla yeni anlaşma imzalamaq istəsə də, buna nail olmayıb. Bu üzdən milanlılar futbolçunu qış transfer pəncərəsində satacaq.

Qeyd edək ki, Kot d'İvuardan olan 24 yaşlı futbolçu cari mövsümün 12 matçında 2 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.