İdman

Surinamın vitse-prezidenti 60 yaşında meydana çıxdı

22 Sentyabr 2021 19:48
0 Şərh     Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

KONKAKAF Liqasında qeyri-adi hadisə baş verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qitəmiqyaslı klub turnirində meydana 60 yaşlı futbolçu çıxıb.

Bu, Surinam "İnter"i ilə Honduras "Olimpiya"sı arasında matçda baş verib. Surinamın vitse-prezidenti və "İnter"in prezidenti olan Ronni Bryunsviyk start heyətində meydana çıxaraq 54 dəqiqə oynayıb.

Onun şərəfini qoruduğu "İnter" 0:6 hesabı ilə uduzub. Maraqlıdır ki, "İnter"in ev oyunlarını keçirdiyi stadion da məhz 60 yaşlı siyasətçinin adını daşıyır.

Bryunsviyk KONKAKAF Liqası tarixinə ən qoca oyunçu kimi düşüb. O, əvvəllər də "İnter"in qitəmiqyaslı turnirlərdəki oyunlarında meydana çıxıb.

Qeyd edək ki, qalmaqalları ilə də yadda qalan klub prezidenti bir neçə dəfə uzunmüddətli diskvalifikasiya alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.