İdman

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

29 Avqust 2021 13:12
0 Şərh     Baxış: 2 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq.

Milli.Az report-a istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 000 avro əmək haqqı alacaq.

Siyahıda ikinci yeri "Çelsi"nin forvardı Romelu Lukaku (525 000 avro) ikinci yeri tutur. "Üçlüy"ü "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bröyne (450 000 avro) qapayır.

Portuqaliyalı oyunçu İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçərkən maaşının azaldılmasına razılaşıb. "Qırmızı şeytanlar" onun transferini avqustun 27-də açıqlayıblar. Ronaldu yeni klubuna yığmaların oyunları ilə əlaqədar verilən fasilədən sonra qoşulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.