İdman

Konfrans Liqası: Pley-offa yekun vuruldu

27 Avqust 2021 07:35
0 Şərh     Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan təmsilçiləri "Qarabağ" və "Neftçi" də növbəti oyunlarına bu gün çıxıb.

"Qarabağ" Şotlandiyada "Aberdin"in, "Neftçi" isə İsraildə Hayfa "Makkabi"sinin qonağı olub. Ağdam təmsilçisi inamlı qələbə sayəsində bu turnirin qrup mərhələsində oynamaq hüququ əldə edib. Paytaxt klubu isə səfərdə böyük hesabla uduzaraq mübarizəni dayandırıb.

"Trabzonspor" (Türkiyə) səfərdə İtaliya "Roma"sı ilə üz-üzə gəlib və 3 cavabsız qolla uduzub. Türkiyənin digər təmsilçisi "Sivasspor" isə "Kopenhagen"ə daha biabırçı hesabla məğlub olmaqla mübarizəni dayandırıb.

İngiltərənin "Tottenhem" komandası doğma meydanda Portuqaliya "Pasuş de Fereyra"sını qəbul edib. Komandalar arasında Portuqaliyada baş tutan görüşdə "Tottenhem" 0:1 hesabıyla uduzmuşdu. Cavab görüşündə darmadağına sevinən London klubu, qrup mərhələsinə vəsiqə qazanıb.

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunları
26 avqust

Kayrat (Qazaxıstan) - Fola (Lüksemburq) 3:1
İlk oyun 4:1

Jilina (Slovakiya) - Yablonets (Çexiya) 0:3
İlk oyun 1:5

Linkoln (Cəbəllütariq) - Riqa (Latviya) 3:1
İlk oyun 1:1

Bodo Qlimt (Norveç) - Jalgiris (Litva) 1:0
İlk oyun 2:2

Anortosis (Kipr) - Hapoel (Beer-Şeva, İsrail) 3:1
İlk oyun 0:0

Roma (İtaliya) - Trabzonspor (Türkiyə) 3:0
İlk oyun 2:1

Kopenhagen (Danimarka) - Sivasspor (Türkiyə) 5:0
İlk oyun 2:1

Elfsborq (İsveç) - Feyenoord (Niderland) 3:1
İlk oyun 0:5

Vitess (Niderland) - Anderlext (Belçika) 2:1
İlk oyun 3:3

Rusenborq (Norveç) - Renn (Fransa) 1:3
İlk oyun 0:2

ÇSKA (Sofiya, Bolqarıstan) - Viktoriya (Çexiya) 3:0
İlk oyun 0:2

Hammarbü (İsveç) - Bazel (İsveçrə) 3:1 (penaltilər 3:4)
İlk oyun 1:3

Makkabi (Hayfa, İsrail) - Neftçi (Azərbaycan) 4:0
İlk oyun 3:3

Makkabi (Təl-Əviv, İsrail) - Şaxtyor (Qazaxıstan) 2:0
İlk oyun 2:1

Gent (Belçika) - Rakuv (Polşa) 3:0
İlk oyun 0:1

Riyeka (Xorvatiya) - PAOK (Yunanıstan) 0:2
İlk oyun 1:1

Sent-Conston (Şotlandiya) - LASK (Avstriya) 0:2
İlk oyun 1:1

Union Berlin (Almaniya) - KuPS (Finlandiya) 0:0
İlk oyun 4:0

Tottenhem (İngiltərə) - Pasuş de Fereyra (Portuqaliya) 3:0
İlk oyun 0:1

Aberdin (Şotlandiya) - Qarabağ (Azərbaycan) 1:3
İlk oyun 0:1

Şemrok Rovers (İrlandiya) - Flora (Estoniya) 0:1
İlk oyun 2:4

Partizan (Serbiya) - Santa-Klara (Portuqaliya) 2:0
İlk oyun 1:2

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.