İdman

Azərbaycan millisinin futbolçusu ərəb klubuna da lazım olmadı

27 İyul 2021 17:44
Baxış: 1 184
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə klubsuz qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, BƏƏ-nin "Əl-Əyn" klubu müdafiəçidən imtina edib.

Asiya təmsilçisi Bəhlulun keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğvi ilə bağlı "Sabah" klubuna məktub ünvanlayıb. Bu, transfer reallaşdıqdan 18 gün sonra gerçəkləşib.

BƏƏ klubuna keçdiyi üçün Mustafazadənin "Sabah"la müqaviləsi də ləğv olunmuş hesab edilir. Bu üzdən də müdafiəçi azad agent statusuna yiyələnib.

Hadisələrin belə axarından narazı olan "Sabah" FİFA-ya şikayət edəcək. Bakı təmsilçisi "Əl-Əyn"ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə quruma müraciət etməyə hazırlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.