İdman

AVRO-2020: Final matçının hakimləri açıqlandı

8 İyul 2021 20:03
Baxış: 1 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya və İngiltərə yığmaları arasında futbol üzrə Avropa çempionatının final matçına təyinatlar açıqlanıb.

Milli.Az report-a istinadla bildirir ki, görüşü niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.