İdman

AVRO-2020: İspaniya yarımfinalda - VİDEO - FOTO

2 İyul 2021 22:42
1 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AÇ-2020-nin 1/4 final mərhələsinin oyunlarına start verildi. Milli.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilir.
 
Öncə İsveçrə yığması İspaniya millisi ilə qarşılaşdı. Oyun Rusiyanın Sankt-Peterburq şəhərində keçirildi. İspaniya penaltilər seriyasından sonra qalib gəldi.
 
Günün digər matçı Almaniyanın Münhen şəhərində baş tutacaq. Burada turnirin favoritlərindən olan Belçika və İtaliya milli komandaları üz-üzə gələcəklər.
 
1/4 final mərhələsinin digər görüşləri sabah keçiriləcək.
 
AÇ-2020
1/4 final
2 iyul
 
İsveçrə - İspaniya 1:1 (pen. 1:3)
Qol: C.Şakiri, 68 - D.Zakariya, 8-öz qapısına.
Baş hakim: Mayk Oliver (İngiltərə)
Sankt-Peterburq. "Zenit" stadionu.
 
İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 6. Denis Zakariya, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri (k).
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 4. Pau Torres, 5. Serxio Buskets (k), 7. Alvaro Morata, 8. Koke, 11. Ferran Torres, 18. Jordi Alba, 22. Pablo Sarabiya, 24. Aymerik Laporte, 26. Pedri.
 
23:00. Belçika - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen. "Alyans Arena".
 
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 3. Tomas Vermalen, 5. Yan Vertongen (k), 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 8. Yuri Tilemans, 9. Romelu Lukaku, 15. Tomas Munye, 16. Torqan Hazard, 25. Jeremi Doku.
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 4. Leonardo Spinatsola, 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.