İdman

Patrik Şik Bakıda rekorda doğru

2 İyul 2021 17:18
0 Şərh     Baxış: 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiya millisinin hücumçusu Patrik Şik Avropa çempionatlarında vurulan qol sayına görə komandasının rekordçusu ola bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hazırda rekord Avro-2004-də 5 qol vuran Milan Baroşa məxsusdur. Patrik Şik isə "Avro-2020"də 4 dəfə rəqib qapılarına yol tapıb. O, Danimarkaya qarşı Bakıda keçiriləcək "Avro-2020"nin 1/4 finalında da 1 qol vursa, Baroşun rekorduna şərik çıxacaq, 2 qol vuracağı halda isə bu göstəricidə lider olacaq.

Xatırladaq ki, Çexiya - Danimarka görüşü iyulun 3-də keçiriləcək və yerli vaxtla saat 20.00-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.