İdman

Xorvatiyanın rəqibi bilindi - İspaniya

23 İyun 2021 22:10
Baxış: 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AVRO-2020-də 1/8 finalın daha bir cütü dəqiqləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, D qrupunun ikincisi olan Xorvatiyanın rəqibi bu gün bəlli olub.

E qrupunda ikinci yeri tutan İspaniya son dünya vitse-çempionu ilə üz-üzə gələcək. Bu komandalar iyunun 28-də qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-də başlayacaq. Matç Danimarkanın paytaxtı Kopenhagendəki "Parken"də təşkil olunacaq.

Qeyd edək ki, bunadək iki cüt dəqiqləşib. İyunun 26-da Uelslə Danimarka, İtaliya ilə Avstriya qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.