İdman

AVRO-2020: İtaliya millisi Tarixi rekordunu təkrarlayıb

20 İyun 2021 23:15
Baxış: 1 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya milli komandası tarixinin rekordunu təkrarlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Roberto Mançininin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 30-a çatdırıb.

Bu, AVRO-2020-nin III turunun Uelslə matçında rəsmiləşib. 1:0 hesablı qələbə ilə seriya 30 oyuna yüksəlib.

Appeninlilər sonuncu dəfə 2018-ci il sentyabrın 10-da uduzub. Həmin gün İtaliya Portuqaliyaya 0:1 hesabı ilə məğlub olub.

Bu, İtaliya millisinin tarixinin rekordunun təkrarıdır. 1935-39-cu illərdə Vittorio Potsonun yetirmələri də 30 matçda uduzmayıb.

İtaliya millisi həm də ardıcıl 11-ci quru hesablı qələbəsini qazanıb. Ötən il oktyabrın 14-də Niderlandla görüşdən (1:1) sonra "Skuadra Adzurra"nın qapısı toxunulmazdır.

Qeyd edək ki, məğlubiyyətsizlikdə dünya rekordu İspaniyaya məxsusdur. Onlar 2007-09-cu illərdə 35 matçda uduzmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.