İdman

Yığmamız Moldovaya məğlub oldu

6 İyun 2021 21:52
Baxış: 1 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Moldova yığmasıyla qarşılaşıb.

Kişinyovda keçirilən oyunda meydan sahibləri minimal hesabla üstün olublar. Komandamız ən azı bərabərlik qolu üçün çox çalışsa da, məğlubiyyətdən qaça bilməyib.
 
Yığmamız bundan əvvəlki yoxlama oyunlarında Türkiyəyə 1:2 hesabıyla uduzub, Belarusa isə 2:1 qalib gəlmişdi.
 
Yoxlama oyunu
6 iyun
 
Moldova - Azərbaycan 1:0
Qol: V.Damaşkan, 8.
Kişinyov. "Zimbru" stadionu. Baş hakim: Marian Aleksandru Barbu (Rumıniya).
 
Moldova: 23. Kristian Avram, 3. Vadim Bolohan, 4. İqor Armaş (k), 5. Vyaçeslav Posmak, 9. Vitali Damaşkan, 14. İqor Kostrov, 15. İoan Jardan, 17. Aleksandr Belousov, 18. Kristian Dros, 20. Serxiu Platika, 22. Vadim Rata.
Ehtiyat oyunçular: 1. Dumitru Çelyadnik, 12. Nicolay Çebotari, 2. İqor Arhiriy, 6. Daniel Dubravanu, 7. Andrey Kojakari, 8. George Anton, 10. Dan Spataru, 11. Yevgeni Oança, 13. Maksim Potırnike, 16. Aleksandru Antonyuk, 19. İon Nikolaesku, 21. Nikki Kleşenko.
Baş məşqçi: Roberto Bordin.
 
Azərbaycan: 23. Mehti Cənnətov, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 12. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 9. Rəhim Sadıxov, 13. Şəhriyar Əliyev, 14. Sertan Taşkın, 16. Elvin Camalov, 17. Elvin Cəfərquliyev, 19. Anatoli Nuriyev, 20. İsmayıl İbrahimli, 21. Toral Bayramov, 22. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Canni De Byazi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.