İdman

Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb - FOTO

6 İyun 2021 21:15
Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından Milli.Az-a verilən məlumata görə, nüfuzlu yarışda 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz iranlı Məhəmməd Raşnonzadə, Moldova təmsilçisi Nikolae Foca, Yaponiya idmançısı Ryuju Nagayamadan üstün olaraq 1/4 finala yüksəlib. Fransız Valid Xyara məğlub olan Kəramət təsəlliverici görüşdə Monqolustan təmsilçisi Unubold Lxagvajamtsa qalib gələrək bürünc medal uğrunda mübarizə aparıb.

Qazaxıstan cüdoçusu Şamşadin Mağjxanı məğlub edən Kəramət Hüseynov dünya çempionatını üçüncü pillədə başa vurub və komandamıza ilk medalı qazandırıb. Bu gün tatamiyə çıxan diğər 3 cüdoçumuz - Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq) ilk mərhələdə uduzublar. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.