İdman

Formula 1 Azərbaycan Qran Prisində Dövlət Himni mərasimi başlayıb - YENİLƏNİB - VİDEO - FOTO

6 İyun 2021 15:43
Baxış: 1 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:43

Formula 1 Azərbaycan Qran Prisi çərçivsində Azərbaycan Dövlət Himni mərasimi başlayıb. 

Formula 1 Azərbaycan Qran Prisi beşinci dəfə günəşli Bakı küçələrinə qayıdır. Asfalt сəngavərləri Bakı Şəhər Halqasını alovlandırmazdan öncə, bütün komandalar və tədbir qonaqları himn üçün ayağa qalxır. Mərasimdə Azərbaycanda keçirilən beşinci yarış konsepsiyası vurğulanır və digər konsepsiya - multikulturalizm və tolerantlıq ideyasına əsaslanır.

-------

13:58

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin rəsmi hissəsinin ssenarisi bəlli olub.

Milli.Az-ın məlumatına görə, yarışın himn mərasimində Azərbaycanda beşinci dəfə təşkil olunan mərhələnin konsepsiyası vurğulanacaq və multikulturalizmlə tolerantlıq ideyası əsas götürüləcək.

Dövlət Himnimiz Vətən Müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndiriləcək. Bu zaman Azərbaycan Dövlət Bayrağını tutan müxtəlif millətlərin nümayəndələri trek üzərində dayanacaq. Onlar Bakıda keçirilən beşinci "Formula-1" yarışını simvolizə edən və barış işarəsini əks etdirən "V" şəklində dayanacaqlar.

Bu mərasim üçün yaradılan Himnin xüsusi versiyası tanınmış Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.