İdman

Ançelotti "Everton"un ulduzunu "Real"a gətirir

4 İyun 2021 19:42
Baxış: 1 461
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Everton"un hücumçusu Riçarlison karyerasını İspaniyada davam etdirə bilər. 

Milli.Az offsideplus.az-a istinadla xəbər verir ki, "Real"ın yeni çalışdırıcısı Karlo Ançelotti ötən mövsüm rəhbərliyi altında oynamış braziliyalı forvardı sərəncamında görmək istəyir. İtalyan mütəxəssisin bu transferlə bağlı klub rəhbərliyinə müraciət etdiyi, rəhbərliyin məsələ ilə bağlı hərəkətə başladığı bildirilir.

Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsüm "Everton" formasında meydana çıxdığı 40 oyunda 13 qol vurub, 3 məhsuldar ötürmə verib. Riçarlisonun transfer dəyəri 60 milyon avro qiymətləndirilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.