İdman

Neymar yenidən "Barselona"da?

14 Aprel 2021 09:34
Baxış: 1 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin hücumçusu Neymar "Barselona"ya qayıda bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub braziliyalı oyunçu üçün mümkün müqaviləni 70-80 milyon avro qiymətləndirir. "Barselona"nın bəzi oyunçularının bu transferdə yer ala biləcəyi ehtimalı var.

Bildirilib ki, Kataloniya təmsilçisinin futbolçuları Neymarın mümkün qayıdışı üçün həyəcanlıdır. 29 yaşlı oyunçunun özü də sabiq klubuna qayıtmaq istəyir.

Qeyd edək ki, bundan əvvəl "Barselona"nın futbolçuları Usman Dembele və  Jan-Kler Todibonu Neymarın transferi ilə bağlı müqaviləyə daxil edəcəyi xəbərləri yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.