İdman

“Gürcülərlə ermənilərin oyununa baxıb ağlayırdım…” - Əbdül Mahmudbəyov

12 Aprel 2021 14:59
Baxış: 1 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) fəaliyyəti tez-tez qınanılır, insanların aqressiyasına səbəb olur.

Milli.Az xəbər verirki, xalq artisti Şeyx Əbdül Mahmudbəyov Yenisabah.az-a Azərbaycan futbolunun hazırkı durumundan da ürəkağrısı ilə danışıb. O, AFFA-da ciddi islahatlar aparılmasının vacibliyini sərt şəkildə vurğulayıb.

Onun fikrincə  futbolu inkişaf etdirməyin yolları var. Bunun üçün düzgün siyasət qurulmalı və ciddi dəyişikliklər aparılmalıdır:

"Bu futbol kimə lazımdır? Bizdə buzüstü hokkey, su polosu, qolf kimi idman növləri yoxdur, eləcə də futbol yoxdur. Həmin adamlar çevir tatı, vur tatı ilə məşğuldurlar. Keçən dəfə televizorda gürcülərlə ermənilərin qarşılaşma oyununa baxıb ağlayırdım. Ən azından onlar xalqın adından necə çarpışıb-vuruşurdular. Bizim futbolçularınsa birinin südü, birinin atası, birinin anası bəlli deyil. Gedim kənddən-kəsəkdən, Rusiyanın künclərindən tapıb gətirib, milliləşdirirlər. Ay qardaş, bunlar kimə lazımdır axı?! Boş yerə əsəblərimizlə oynayırlar, milyonlarımız gedir, hələ üstəlik adımız da ləkələnir. 

Bu futbol yoxdur da, qəbullanın. 20 ildir mən uduzmuram ki?!. Ondansa cavan uşaqları seçin, kiçik yaşlarından məşğul olun, professionallaşdırın. Azərbaycan futbolu adına ləkə gətirirlər, xalqı təhqir edirlər, bizi gözdən salırlar. Artıq dünyada bizi Lixtenşteyndən də aşağı sayırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.