Həsrət Cəfərov İslamiadada gümüş medal qazandı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışına start verilib.
Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə 4 çəkidə mübarizə baş tutub.
Nihat Məmmədli (60 kq) Komor adaları təmsilçisi Latuf Madiyə tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda son dünya çempionatının gümüş medalçısı, özbəkistanlı dünya Alişer Qaniyevə (0:3), bürünc medal görüşündə isə iranlı Əli Vəfaya (2:3) məğlub olub.
Həsrət Cəfərov (67 kq) əfqanıstanlı Mohamed Aslam Zadəyə tam üstünlüklə (9:0), qırğızıstanlı Razzak Beyşekeyevə 5:3, misirli Mohamed Abdelrehimə isə 4:1 hesabıyla qalib gələrək finala yüksəlib. Həlledici görüşdə iranlı olimpiya və dünya çempionu Səid Esmailiylə qarşılaşan həmyerlimiz ilk hissəni 3:0 hesablı üstünlüklə başa vurub. Ancaq görüşün bitməsinə 4 saniyə qalmış rəqibin fəndinin qarşını ala bilməyən güləşçimiz yekunda 3:8 hesabıyla məğlub olub və İslam Həmrəyliyi Oyunlarında gümüş medalı boynundan asıb.
Ülvü Qənizadə (77 kq) təsnifat mərhələsində iranlı Amir Abdiyə (0:9) uduzub. O, təsəlliverici görüşdə tacikistanlı Həbibcan Zuhurova 5:3 hesabıyla qalib gəlsə də, bürünc medal görüşündə özbəkistanlı Abdulla Əliyevə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub.
İslam Abbasov (87 kq) 1/4 finalda iranlı dünya çempionu Qulamreza Faruxisenjaya (0:3), bürünc medal görüşündə isə qırğızıstanlı Asan Janisova (0:9) uduzub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
PSJ "Real Madrid"in oyunçusunu istəyir
-
"Liverpul"da yeni mövsüm üçün baş məşqçi QƏRARI
-
AFFA Region Liqasının final oyununun vaxtı açıqlandı
-
Mourinyonu “Real”ın baş məşqçisi kimi görmək istəmir
-
"Qalatasaray"ın ulduzuna yumruqlu HÜCUM - Anbaan VİDEO
-
İtaliya klubunu 119 ildən sonra Avropa kuboku zonasına çıxardı
XƏBƏR LENTİ
-
Bu küçə 2 günlük bağlanır
-
PSJ "Real Madrid"in oyunçusunu istəyir
-
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq
-
“Çakır”dan üzücü xəbər
-
Dünyanın ən isti 50 şəhəri bir ölkədə toplandı
-
Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO
-
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
-
Arvadı Makronu təyyarədə sillələdi
-
Azərbaycan beynəlxalq axtarışa verilən Hindistan vətəndaşını təhvil verib
-
Bayrama yaxın heyvan QİYMƏTLƏRİ
-
Ərdoğan Qazaxıstana getdi
-
Artıq taksilərdə də "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
-
Vaşinqtonun İran planı məlum oldu
-
Ölkədə banklarla bağlı yeni QƏRAR
-
Adnan Şensesin qızı vəfat etdi - FOTO
-
Şuşaya gedənlərin DİQQƏTİNƏ: 150 manat cərimə oluna bilərsiniz - YENİLƏNİB
-
"Ziraat Bank Azərbaycan" istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
-
Azərbaycanın yolunu kəsmək istəyənlərin "U" DÖNÜŞÜ - Prezident İlham Əliyev onlara siyasi dərs keçdi - VİDEO
-
Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə məlumatların təqdim edilməsi qaydasında dəyişiklik edilib
-
"Liverpul"da yeni mövsüm üçün baş məşqçi QƏRARI
-
Masazır sakinləri pis qoxudan şikayətçidir - Çirkab suları Duz gölünə axıdılır?
-
Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” ekoloji moda konsepsiyası ilə uğur qazandı - FOTO
-
Röya qaçhaqaçda! - VİDEO
-
AFFA Region Liqasının final oyununun vaxtı açıqlandı





