İdman

Şahruddin ilk turda ən çox qurtarış edən qapıçıdır

26 Mart 2021 13:38
Baxış: 1 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsinin ilk turundan sonra ən çox qurtarış edən qapıçıdır.

Milli.Az xəbər verir ki, bu barədə Ağdam klubunun sosial şəbəkə səhifələri məlumat yayıb.

"90 dəqiqə, 14 qurtarış, cərimə meydançasının daxilində 6 qurtarış" - deyə paylaşımda bildirilir.
 
Qeyd edilir ki, siyahıda "Qarabağ"ın keçmiş qapıçısı İbrahim Şehiç də yer alıb. Bosniya və Herseqovina yığmasının üzvü 5 qurtarışla 5-cidir.

Məlumatda həmçinin bildirilir ki, millimizin Portuqaliyaya uduzduğu matçda (0:1) komandanın 5 futbolçusu - Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev (k), Mahir Emreli, Abbas Hüseynov və Bədavi Hüseynov start heyətdə meydana çıxıblar. İsmayıl İbrahimli isə ikinci hissədə meydana daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.