İdman

Di Mariyanın evi qarət edildi, ailəsi girov götürüldü

15 Mart 2021 10:00
Baxış: 1 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin futbolçuları Anxel Di Mariya və Markinyosun evləri qarət olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ESPN agentliyi məlumat yayıb.

Hadisə zamanı futbolçuların ailələri evdə olub və onlar girov götürülüblər. Oğrular onların əl və ayaqlarını bağlayıb, evdəki qiymətli əşyaları götürərək, hadisə yerini tərk ediblər.

Qeyd olunur ki, PSJ-nin idman direktoru Leonardo dərhal klubun baş məşqçisi Maurisio Poçettinoya bu barədə məlumat verib.

Di Mariya qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib və hücumçu dərhal evə yola düşüb.

Qeyd edilir ki, polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.