İdman

Messi şəxsi rekordunu yenilədi

8 Fevral 2021 15:14
Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messi yeni şəxsi rekordunu müəyyənləşdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna La Liqanın 22-ci turunda "Betis"lə matçda (3:2) imza atıb.

O, meydana daxil olduqdan 136 saniyə sonra fərqlənməyi bacarıb.  Bu, La Liqada Messinin ehtiyyatdan meydana çıxdıqdan sonra vurduğu ən sürətli qoldur.

Ümumilikdə isə argentinalı futbolçu karyerası ərzində sonradan matça daxil olduqdan sonra toplam 27 qol vurub.

Qeyd edək ki, Messi bu mövsüm ümumilikdə 26 qarşılaşmada iştirak edərək, 17 dəfə qapıları dəqiq nişan alıb və 5 qolun ötürməsini verib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.