"Qarabağ"ın sabiq futbolçu Faysal Rerras klubunu dəyişib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi Mərakeşin "Mouloudia Ucda" klubundan ayrılaraq Bolqarıstanın əsas liqa təmsilçisi "Levski"yə (Sofiya) keçib. Bu barədə Bolqarıstan klubunun saytı məlumat yayıb. O, yeni klubuna azad agent kimi keçib. Mərakeş əsilli belçikalı oyunçu ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Faysal Rerras 2019/2020 mövsümündə "Qarabağ"da oynayıb.
Milli.Az