"Qarabağ"ın sabiq futbolçusu klubunu dəyişdi

4 Fevral 2021 12:46

"Qarabağ"ın sabiq futbolçu Faysal Rerras klubunu dəyişib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi Mərakeşin "Mouloudia Ucda" klubundan ayrılaraq Bolqarıstanın əsas liqa  təmsilçisi "Levski"yə (Sofiya) keçib. Bu barədə Bolqarıstan klubunun saytı məlumat yayıb. O, yeni klubuna azad agent kimi keçib. Mərakeş əsilli belçikalı oyunçu ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Faysal Rerras 2019/2020 mövsümündə "Qarabağ"da oynayıb.

Milli.Az