İdman

Mariya Şarapovanın 683 minlik nişan üzüyü - FOTO

21 Yanvar 2021 11:04
Baxış: 1 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı milyarder Aleksandr Gilkslə evlilik yolunda ilk addımını atan rusiyalı keçmiş tennisçi Mariya Şarapovanın nişan üzüyünün qiyməti məlum olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

İdmançının 5 karatlık üzüyünün 400 min dollar (təxminən 683 min manat) dəyərində olduğu bildirilib.

Dizayner Cessika Makkormakın hazırladığı ziynət əşyasında çəhrayı qızıl, gümüş, zümrüd və brilyantdan istifadə olunub.

Qeyd edək ki, cütlük toy tarixini açıqlamasa da onların nikah mərasiminin Parisdə baş tutacağı deyilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.