İdman

"Ağlamamaq üçün özümü güclə saxladım" - Müşfiq Hüseynov

6 Yanvar 2021 16:14
Baxış: 1 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mən əvvəlcədən düşünürdüm ki, yenidən Ağdama qayıdanda xoşbəxt olacağam. Həmin an yetişəndə isə ağlamamaq üçün özümü güclə saxladım".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov deyib.

Niderlandın "de Volkskrant" nəşrinin müxbiri bu günlərdə Bakıya gələrək "Qarabağ" klubunun bazasını ziyarət edib. Bu zaman o, ötən ay işğaldan azad olunan Ağdama səfər edən "Qarabağ" tarixinin ən yaxşı bombardiri və veteranı ilə də söhbət edib.

Müşfiq Hüseynov "İmarət" stadionuna səfəri barədə  danışıb: "Mən yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Doğma şəhərimə və "İmarət"ə qayıtmışdım. Mən bilmirəm, biz yaşayış və oynamaq üçün ora nə vaxt dönəcəyik. Çünki bölgədə çoxlu mina var, yeni stadion, məşq meydançası tikilməlidir. İndi orada hər şey dağıdılıb. Bizim "İmarət"dəki son oyunlarımızdan birində yaxınlıqdakı əraziyə raket düşmüşdü. Xatırlayıram ki, o vaxt rəqib komanda qorunmaq üçün yerə uzanmışdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.