İdman

"Mançester Siti"də koronavirusa yoluxanların sayı məlum oldu

29 Dekabr 2020 15:14
Baxış: 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"də koronavirusa yoluxanların sayı müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Mançester təmsilçisində bazar günü daha 3 futbolçunun koronavirus testinin müsbət çıxdığı məlum olub. Cümə günü isə futbolçular Qabriel Jezus, Kayl Uoker və iki klub işçisində koronavirus aşkarlanmışdı. Beləliklə, klubda koronavirusa yoluxanların sayı 7-yə çatıb.

Məhz bu səbəbdən də dünən keçirilməli olan "Everton"la İngiltərə Premyer Liqasının 16-cı tur oyunu təxirə salınıb.

Bildirilib ki, yoluxma hallarına görə "Mançester Siti"nin Premyer Liqada "Çelsi" (3 yanvar) və Liqa Kubokunun yarımfinalında "Mançester Yunayted"ə qarşı (6 yanvar) matçları da təxirə salına bilər.

Qeyd edək ki, bundan əvvəl komandada İlkay Gündoğan, Emerik Laporte və Riyad Mahrez koronavirusa yoluxmuşdular. Onlar artıq sağalıblar.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.