İdman

Oblak "Atletiko"nun tarixinə keçdi

30 Noyabr 2020 07:14
Baxış: 1 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasının 11-ci turu çərçivəsində baş tutan "Valensiya" ilə səfər oyunu "Atletiko"nun qapıçısı Yan Oblak üçün əlamətdar olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan görüş Madrid klubunun qolkiperi üçün La Liqada 200-cü matç olub.

27 yaşlı futbolçu bunların 111-də qapısını toxunulmaz saxlamağı bacarıb ki, bu da yeni rekorddur.

Qeyd edək ki, "Atletiko"nun formasını geyinən qapıçılar arasında yalnız Abel Resino La Liqada Oblakdan çox oyun keçirib. O, bu komandada 243 oyun keçirib ki, onların da 94-də qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, ölkə çempionatında ardıcıl 6-cı qələbəsini qazanan "Atletiko"nun məğlubiyyətsiz oyunlar seriyası 25-ə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.