İdman

İnfantino: “Tarixin ən yaxşı dünya çempionatı olacaq”

27 Noyabr 2020 18:17
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci il qətiliklə bütün dünya üçün çox çətin ildir və futbol da istisna deyil.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu FİFA prezidenti Canni İnfantino deyib.

Ali futbol qurumunun rəhbəri 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına hazırlığın yüksək səviyyədə görüldüyünü söyləyib: "Bütün çətinliklərə baxmayaraq, son bir neçə ayda Qətərdə unudulmaz dünya çempionatının hazırlığında davamlı irəliləyiş gördük. Bu irəliləyiş Qətər əmirinin rəhbərliyi altında əldə edilib. Bir neçə həftə əvvəl Dohaya qısa səfərim zamanı hazırlıqların nə qədər yaxşı getdiyini şəxsən gördüm. Mundialı səbirsizliklə gözləyirəm. Dünyanın hər yerindən gələn azarkeşlər burada misilsiz duyğular alacaq və əlbəttə ki, bu, tarixin ən yaxşı dünya çempionatı olacaq".

Qeyd edək ki, dünya çempionatı 2022-ci il 21 noyabr - 18 dekabr tarixlərində keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.