İdman

"Sivasspor"da yenə koronavirus aşkarlandı - "Qarabağ"la oyundan əvvəl

17 Noyabr 2020 15:20
Baxış: 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ"la matçından əvvəl Türkiyə "Sivasspor"unun futbolçularından biri koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan həmin oyunçu evdə karantinə alınıb və onun müalicəsinə başlanılıb.

Daha əvvəl noyabrın 13-də "Sivasspor"un iki futbolçusunda koronavirus aşkarlanıb.

Qeyd edək ki, İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ağdam təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.