İdman

"Arsenal" səfərdə "Mançester Yunayted"i məğlub etdi

2 Noyabr 2020 08:52
Baxış: 1 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün İngiltərə Premyer Liqasının yeddinci turu çərçivəsində "Mançester Yunayted" Londonun "Arsenal" klubunu qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun qonaqların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 69-cu dəqiqədə penaltidən Pyer-Emerik Obameyanq vurub.

Qeyd edək ki, "Arsenal" (12 xal) bu qələbədən sonra turnir cədvəlində səkkizinci yerə yüksəlib, "Mançester Yunayted" (6 xal) isə 15-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.