Bu gün İngiltərə Premyer Liqasının yeddinci turu çərçivəsində "Mançester Yunayted" Londonun "Arsenal" klubunu qəbul edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, oyun qonaqların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 69-cu dəqiqədə penaltidən Pyer-Emerik Obameyanq vurub.
Qeyd edək ki, "Arsenal" (12 xal) bu qələbədən sonra turnir cədvəlində səkkizinci yerə yüksəlib, "Mançester Yunayted" (6 xal) isə 15-ci pillədə qərarlaşıb.
Milli.Az