İdman

Kuman Messiyə təşəkkür etdi

30 Sentyabr 2020 20:12
Baxış: 1 094
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın baş məşqçisi Ronald Kuman komandanın kapitanı Lionel Messiyə təşəkkür edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis bu addımı argentinalı hücumçunun azarkeşləri və komandanı birliyə səsləməsinə görə atıb.
 
Messi daha əvvəl azarkeşlərə müraciət edərək, bu sözləri demişdi:

"Əgər sizi məyus etdimsə, üzr istəyirəm. Səhvlərim varsa, məsuliyyəti öz üzərimə götürürəm. Hər şeyi "Barselona"nın daha da yaxşı olması üçün etmişəm. Yaşanan anlaşılmazlıqlara artıq son vermək istəyirəm. "Barselona"nın gələcəyi üçün artıq bir olmağımız lazımdır. Yalnız belə olacağı təqdirdə hədəflərimizə çata bilərik".

Kuman isə 33 yaşlı futbolçunun belə bir hərəkətini yüksək qiymətləndirərək, ona təşəkkür edib:
 
"Komandanın kapitanının özünü göstərib, hamını birliyə çağırması çox yaxşı haldır. Ona təşəkkür edirəm. İnanıram ki, hər şey daha sakit olacaq və axarına düşəcək. Messini sevindirmək üçün əlimdə hər bir şəraitin olub-olmadığını bilmirəm. Lionelin parlaması üçün ən yaxşı variantı və yeri tapmaq lazımdır. Messi futbol oynamaq və qazanmaq istəyir".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.