İdman

İdmançı ögey bacısı ilə evləndi - 11 il gizli eşq yaşayıblar

1 Sentyabr 2020 15:21
Baxış: 4 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur motosikletçi Migel Oliveira ögey bacısı ilə 11 il gizli saxladığı münasibətdən sonra nişanlanıb. 

Milli.Az yenisabah-a istinadla bildirir ki, 25 yaşlı idmançı bacısı Andreiya Pimenta ilə nişanlanıb. Cütlüyün 13 yaşından bəri birlikdə olduğu ortaya çıxıb. 

Andreiyanın Migelin atasının ikinci arvadından olduğu məlum olub. Motosikletçinin atası İspaniyanın "Marca" qəzetinə danışarkən "Oğlum həyatının qadını ilə evləndiyi üçün onun adına çox xoşbəxtəm" deyə bildirib. 

Mövzuyla bağlı açıqlama verən Oliveira "Sevgili olmamışdan əvvəl  güclü dostluğumuz var idi. Birlikdə böyümüşük. Böyüdükcə bu münasibətin dostluqdan daha artıq olduğunu, aramızda güclü bir sevgi bağının olduğunu anladıq".

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.