İdman

"Sabah" monteneqrolu futbolçu aldı - Rəsmi

3 Avqust 2020 10:07
Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, moteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə bağlanıb.

Serbiyanın "Srvena Zvezda" klubunun yetirməsi olan Nikola, karyerası ərzində "Rad" (Serbiya, 2004/05), "Zeta" (Monteneqro, 2005/06), "Radniçki" (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), "Unirea Alba Yulia" (Rumıniya, 2009/10), "Aberdin" (Şotlandiya, 2010/11), "Yavor" (Serbiya, 2012), "Şturm" (Avstriya, 2012-2014), "Osasuna" (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16), "Lex" (Polşa, 2017-2019) klublarında çıxış edib.

Onun son komandası Sloveniya "Domjale"si (2019/20) olub.

Qeyd edək ki, "Sabah" bundan əvvəl Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı (hamısı "Qəbələ"), Slavik Alxasov ("Keşlə"), Nicat Mehbalıyev ("Qarabağ"), Aleksey İsayev ("Sabah") və Camal Cəfərovu da heyətinə cəlb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.