İdman

Burak Yılmazın “Lill”ə keçidi rəsmiləşdi

1 Avqust 2020 17:46
Baxış: 544

Türkiyə millisinin futbolçusu Burak Yılmazın Fransanın "Lill" klubuna keçidi rəsmiləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Liqa1 təmsilçisi açıqlayıb.

Ötən mövsüm formasını geyindiyi "Beşiktaş"la qarşılıqlı razılıqla yollarını ayıran Yılmaz Fransa klubu ilə 2 illik müqavilə imzalayıb. 35 yaşlı forvard 2022-ci ilin yayına qədər Liqa1 təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, "Lill"də daha iki türk futbolçu Yusuf Yazıçı və Zəki Çelik də forma geyinir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.