İdman

Azərbaycandan olan gənc jurnalist "Xoş xəbərlər" ilə sülhü dəstəkləyir

10 İyul 2020 18:37
Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycandan olan gənc müxbir Timur Jeltenkov "Xoş xəbərlər" adlı Beynəlxalq Uşaq Redaksiyası (F4F Good Newsa Editorial Office) ilə əməkdaşlıq edir.

Milli.Az xəbər verir ki, pandemiya dövründə xoş xəbərlərlə sülhü dəstəkləmək təşəbbüsü bu il aprel ayında "Qazprom" publik səhmdar cəmiyyətinin "Futbol dostluq üçün" adlı Beynəlxalq Uşaq Sosial Proqramının əvvəlki mövsümlərinin iştirakçıları olmuş gənc jurnalistlər tərəfindən irəli sürülüb. O vaxtdan dünyanın müxtəlif ölkələrini təmsil edən uşaqlar öz regionlarına aid xəbərləri videoya çəkir, onlayn-formatda verilişlər hazırlayır, hətta peşəkar futbolçulardan müsahibə götürürlər. Artıq 50-dən çox oğlan və qız bu verilişin müxbirlərinə çevrilib, əvvəllər proqramda iştirak etməyən uşaqlar da verilişin buraxılışlarına qoşulublar.

"Xoş xəbərlər"in sonuncu buraxılışında Timur Azərbaycan Milli İncəsənət Muzeyinin sərgilərinə virtual tamaşa etmək imkanı barədə söhbət açıb. Azərbaycandan olan gənc jurnalist 2019-cu ildə "Qazprom" publik səhmdar cəmiyyətinin "Futbol dostluq üçün" adlı Beynəlxalq Uşaq Sosial Proqramında iştirak edib və o vaxtdan layihənin bütün təşəbbüslərinə qoşulur, ölkəmizi dünya arenasında şərəflə təmsil edir.

"Qazprom" publik səhmdar cəmiyyətinin "Futbol dostluq üçün" adlı Beynəlxalq Uşaq Sosial Proqramı 2013-cü ildən həyata keçirilir. Proqram dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəf kimi əsas dəyərləri təbliğ edir. UEFA, FIFA, Beynəlxalq Olimpiya Komitəsi, müxtəlif ölkələrin futbol federasiyaları, beynəlxalq uşaq xeyriyyə fondları, məşhur idmançılar və dünyanın aparıcı futbol klubları "Futbol dostluq üçün" təşəbbüsünü dəstəkləyirlər. Ötən yeddi mövsüm ərzində bu proqram 6 mindən çox iştirakçını birləşdirib, məşhur idmançılar, rəssamlar, siyasətçilər də daxil olmaqla 5 milyondan çox tərəfdar qazanıb.

Proqramın rəsmi internet resursları ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

KİV üçün foto və videomateriallar: http://media.footballforfriendship.com

Rəsmi "Facebook" kanalı: https://www.facebook.com/FootballForFriendship/

Rəsmi "YouTube" kanalı: https://www.youtube.com/user/FOOTBALL4FRIENDSHIP

Rəsmi "Wikipedia" səhifəsi: https://en.wikipedia.org/wiki/Football_for_Friendship

Rəsmi "Twitter" kanalı: https://twitter.com/f4fprogramme

Rəsmi "website": https://www.gazprom-football.com/en/home.htm

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.