İdman

Neymar PSJ ilə anlaşdı, "Barselona"ya qayıdır

5 İyul 2020 20:35
Baxış: 1 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın PSJ klubunun hücumçusu Neymar "Barselona"ya transfer olunmaq üçün Paris klubu ilə anlaşıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, AS-ın məlumatına görə, anlaşmaya görə, Kataloniya klubu bu yay braziliyalı futbolçunu heyətinə qatmaq istəsə, PSJ onun keçidinə mane olmayacaq.

PSJ isə Neymardan mövsümün sonuna qədər komandada qalmasını və UEFA Çempionlar Liqasında öhdəliklərini yerinə yetirib, ən yaxşı şəkildə çıxış etməsini istəyib.
 
"Barselona" keçən yay da Neymarı heyətinə qatmaq istəmiş, lakin bu transfer baş tutmamışdı.
 
Neymarın PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.