İdman

Bakıda aerobika gimnastikası üzrə 6-cı dünya çempionatının planlaşdırılan tarixləri açıqlanıb

16 İyun 2020 10:35
Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar 2021-ci ilə keçirilmiş yarışların yeni tarixləri ilə bağlı qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) video-konfrans formatında keçirilmiş iclasında qəbul edilib.

Qərara əsasən aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, dünya yaş qrupları yarışları cari ilin 8-10 may, dünya çempionatı 14-16 may tarixlərində Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin pandemiya ilə əlaqədar digər yarışlar kimi bu yarışlar da təxirə salınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.