"Qarabağ" Premyer Liqada yaranan fasilə zamanı bir futbolçu ilə yollarını ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki,bu haqda klubun saytı məlumat yayıb.
Hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Maqaye Qeye "Qarabağ"da 28 oyunda meydanda olub və bu matçda 8 qola imza atıb. Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, "Qarabağ" Qeyeni ötən il transfer etmişdi.
Milli.Az