İdman

Neymar yayda "Barselona"ya qayıtmaq fikrindədir

8 İyun 2020 09:21
0 Şərh     Baxış: 1 087
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransanın "Pari Sen-Jermen" klubunun braziliyalı futbolçusu Neymar yay transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Mundo Deportivo" nəşrinə mənbə deyib.

Mənbənin sözlərinə görə, braziliyalı futbolçu "Barselona"ya qayıtmaq istəyir. Neymar bir il əvvəl "Barselona"ya qayıtmağa yaxın idi, amma sonra klublar qiymət barədə razılığa gələ bilmədi.

Nəşr bildirir ki, hazırda isə Paris klubu pandemiya səbəbilə Neymarın transfer qiymətini azaltmaq niyyətindədirlər.

Qeyd edək ki, Neymarın PSJ ilə hazırkə müqaviləsi 2020-ci ilin yay mövsümünədək nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.