İdman

PSJ baş məşqçisini saxlamağa qərar verib

14 May 2020 22:43
0 Şərh     Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-də baş məşqçi Tomas Tuxelin taleyinə aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Fransa klubu təcrübəli mütəxəssisi postunda saxlamaq qərarını verib.

Koronavirus pandemiyası səbəbindən 215 milyon avro pul itirən Paris təmsilçisi Tuxelə 10 milyon avroluq təzminat ödəməyə hazır deyil. Bu üzdən idman direktoru Leonardo baş məşqçi postuna namizəd olan Massimiliano Alleqri ilə danışıqlara son qoyub. PSJ-ni gələn mövsüm də Tuxel çalışdıracaq.

Qeyd edək ki, 2018-ci ildən PSJ-yə rəhbərlik edən Tomas Tuxelin dönəmində komanda 2 dəfə Fransa çempionu olub. Parislilər eyni zamanda koronavirus səbəbindən dayandırılan Çempionlar Liqasında 1/4 finaldadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.