İdman

Azərbaycan millisinin sabiq baş məşqçisi koronavirusdan vəfat etdi

13 May 2020 11:56
0 Şərh     Baxış: 1 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov vəfat edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlama verib. 

Onun sözlərinə görə, Maqomed Aliomarov koronavirusun səbəb olduğu xəstəlikdən dünyasını dəyişib: "Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı".

Qeyd edək ki, 68 yaşlı dağıstanlı mütəxəssis Azərbaycandan ayrıldıqdan sonra 2019-cu ildən Rusiya yığmasını çalışdırırdı.

Maqomed Əliömərov AGF-də vitse-prezident vəzifəsinə 2007-ci ildə təyin olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qadın güləşi üzrə millinin də baş məşqçisi olub. 2019-cu ilin fevralından isə Əliömərov Rusiyanın eyni növ üzrə yığmasına rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.