İdman

Ferqüson Nurməhəmmədovu qorxaqlıqda ittiham etdi

8 May 2020 14:34
0 Şərh     Baxış: 1 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı döyüşçü Toni Ferqüson rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu qorxaqlıqda ittiham edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, onlayn konfrans zamanı deyib.

"O, döyüşmək istəmirdi və qaçdı. Eyni şeyi Konor (Makqreqor -red.) haqda da demək olar. Mənə deyirdilər ki, mən növbəti olacağam, amma Konor və Həbib yoxdur. Onlar evdə karantindədirlər, mən isə burada", - Ferqüson bildirib.

Amerikalı mayın 10-da Ceksonvildə keçiriləcək UFC 249 turnirində həmvətənlisi Castin Qeydji ilə döyüşəcək. Turnir tamaşaçısız keçiriləcək.

Qeyd edək ki, əvvəlcə Ferqüsonun rəqibi Nurməhəmmədov olmalı idi. Döyüşün aprelin 19-da keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası səbəbindən Rusiyadan çıxa bilməyən Nurməhəmmədov döyüşdən imtina etməli oldu. Daha sonra turnir də ləğv olundu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.