İdman

""Qalatasaray"a qayıtmaq istəyirəm"

3 May 2020 14:30
0 Şərh     Baxış: 1 012
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arda Turan "Galatasaray"a qayıtmaq istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.

"Başakşehir"dən ayrıldıqdan sonra klubsuz qalan Arda karyerasını "Cim-Bom"da bitirmək istədiyini deyib: "Əvvəlcə ikinci uşağımı qucağıma almağı gözləyirəm. Sonra ailəmlə danışıb, bir qərar vermək istəyirəm. Hər zaman söylədiyim kimi "Qalatasaray" məni yetişdirən klub, mənim evimdi. Hər zaman ilk seçimim "Galatasaray"da oynamaq, karyeramı burada bitirməkdi".

Qeyd edək ki, Arda "Galatasaray"ın yetirməsidi. İstanbul klubu onu 2011-ci ildə "Atletico"ya satıb. 2015-ci ildə 34 milyon avroya "Barcelona"ya keçən futbolçu 2018-ci ildən icarə əsasına "Başakşehir"də çıxış edirdi. Ardanın Kataloniya klubu ilə müqaviləsi bu yay başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.