İdman

“Barselona” 19 yaşlı niderlandlı hücumçunu transfer etmək istəyir

30 Aprel 2020 15:03
0 Şərh     Baxış: 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Barselona" klubu Niderland təmsilçisi "Alkmaar"ın futbolçusu Mayron Boadunu transfer etmək istəyir. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi hücumçunun keçidini bu yay gerçəkləşdirməyi planlaşdırır.

19 yaşlı niderlandlı forvard yeni klubunda transferinin reallaşması maliyyə səbəbindən inandırıcı görünməyən Lautaro Martinesin əvəzləməlidir. Boadu da İtaliya "İnter"inin yüksək məbləğ qoyduğu Martineslə eyni üslublu futbolçu sayılır. Niderlandlının müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Boadu cari mövsüm 39 oyunda 20 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.