İdman

Mourinyu Dele Allinin doğum gününü belə təbrik etdi - FOTO

13 Aprel 2020 16:10
0 Şərh     Baxış: 1 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tottenhem"in hücumameyilli yarımmüdafiəçisi Dele Alli aprelin 11-də 24-cü doğum gününü qeyd edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Tottenhem"in baş məşqçisi Joze Mourinyu Dele Allinin doğum gününü unutmayıb. Portuqaliyalı mütəxəssis "sosial məsafə" qaydalarına riayət edərək oyunçusunu təbrik edib. Mounun yolun digər tərəfindən Alliyə müraciət etməsi kameraların obyektivindən yayınmayıb.

Daha əvvəl London klubu, karantin qaydalarını pozaraq Tanqi N'Dombele ilə birlikdə küçədə məşq edən Mourinyunu məzəmmət etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.